AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Texasda beş partlayışın törədilməsində şübhəli bilinən şəxs özünü partladıb

21.03.2018 [18:00]

Vaşinqton, 21 mart. AZƏRTAC 

Xəbər verdiyimiz kimi, Texas ştatının Ostin şəhərində və onun ətrafında iki nəfərin ölümü və dörd nəfərin yaralanması ilə nəticələnən beş partlayış baş vermişdi.
AZƏRTAC xəbər verir ki, yerli polisin və federal agentlərin təqib etdiyi şübhəli şəxs martın 21-i səhər saatlarında tapılıb. Polislə üzləşən cani başqa bir bombanı partladaraq özünü öldürüb. Bu haqda Texas ştatının polisi xəbər verib. Verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hələ caninin şəxsiyyətini müəyyənləşdirməyiblər.
Xatırladaq ki, bu il martın əvvəlindən başlayaraq törədilmiş beş partlayış nəticəsində iki nəfər ölüb və dörd nəfər yaralanıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az