AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AzInTelecom” MMC KİV nümayəndələri üçün təlim keçirəcək

03.05.2018 [05:18]

Bakı, 3 may, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzInTelecom” MMC mayın 25-də kütləvi informasiya vasitələrinin nümayəndələri (KİV) üçün “Bulud texnologiyalarına giriş və onların biznesdə tətbiqi” mövzusunda təlim keçirəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlimin məqsədi Data Mərkəzi, onun xüsusiyyətləri, işləmə prinsipləri, təqdim etdiyi xidmətlərlə jurnalistləri tanış etməkdir.
Məlumat üçün bildirilir ki, ən son dövri texnologiyalardan istifadə edilməklə, keyfiyyətli telekommunikasiya xidmətləri göstərən Data Mərkəzi 2016-cı ilin sonunda istismara verilib və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə respublikada mühafizə olunmalı, həyat təminatlı və mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib.
"ISO 20000" və "Uptime İnstitute" tərəfindən "TIER III" sertifikatları ilə təltif olunan regional Data Mərkəzi yerli və beynəlxalq qurumlara infrastruktur xidmətləri göstərməyə qadirdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az