AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Abdulla Şaiqin ev-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

02.06.2018 [00:09]

Bakı, 2 iyun, AZƏRTAC
Abdulla Şaiqin ev-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ədibin nəvəsi, ev-muzeyinin direktoru Ülkər Talıblı maarifpərvər yazıçının həyat və yaradıcılığından danışıb. Məktəblilər muzeyin ekspozisiyası ilə tanış olublar.
Tədbirdə Abdulla Şaiqə həsr edilən film və “Tıq-tıq xanım” tamaşası göstərilib. Uşaqlar böyük həvəslə ədibin əsərlərindən nümunələr səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az