AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq dərəcəli həndbol referimiz İtaliyada keçiriləcək turnirə təyinat alıb

24.10.2018 [18:31]

Bakı, 24 oktyabr, AZƏRTAC

Beynəlxalq dərəcəli həndbol referimiz İtaliyada keçiriləcək turnirə dəvət olunub.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, çimərlik həndbolu üzrə beynəlxalq dərəcəli deleqat Ernest Ağakişi yeni təyinat alıb. O, İtaliyanın Kataniya şəhərində təşkil olunacaq Çempionlar Kuboku turnirində Avropa Həndbol Federasiyasını (EHF) təmsil edəcək.
Noyabrın 1-dən 4-dək keçiriləcək qitə miqyaslı yarışda 32 ölkənin çimərlik həndbolu üzrə çempionu qələbə uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Ernest Ağakişi ənənəvi həndbol üzrə beynəlxalq dərəcəli hakimdir. Çimərlik həndbolunda isə deleqat kimi ölkəmizin yeganə təmsilçisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az