AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə Mersin sahillərində neft-qaz axtarışına başlayıb

14.11.2018 [13:29]

Ankara, 14 noyabr, AZƏRTAC 

Türkiyə Aralıq dənizinin Mersin sahillərində neft-qaz axtarışına başlayıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 14-dən gələn il yanvarın 19-dək nəzərdə tutulan kəşfiyyat qazma işlərini “Rowan Norway” gəmisi həyata keçirəcək.
Yaxın vaxtlarda isə Mersin sahillərində ikinci kəşfiyyat quyusunun qazılmasına başlanacaq.
Qeyd edək ki, “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti cari ilin sentyabrında ABŞ-ın “Rowan Companies” şirkəti ilə Aralıq dənizində 2 neft-qaz kəşfiyyat quyusunun qazılması üçün müqavilə imzalayıb.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az