AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda keçirilən voleybol üzrə zona birinciliyində 9 komanda medallar uğrunda mübarizə aparır VİDEO

11.12.2018 [14:32]

Xaçmaz, 11 dekabr, Elxan Yusifli, AZƏRTAC 

Dekabrın 11-də Xaçmaz Olimpiya İdman Kompleksində voleybol üzrə yeniyetmələr arasında Azərbaycan çempionatının zona mərhələsinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman, həmçinin Təhsil nazirliklərinin birgə təşəbbüsü ilə keçirilən turnirdə Sumqayıt şəhərini, Abşeron, Qobustan, Qubadlı, Quba, Qusar, Xaçmaz, Şabran və Xızı rayonlarını təmsil edən komandalar yarışırlar. Yarışa 9 komandanın tərkibində 100-dən çox idmançı cəlb olunub.
12-14 yaşlı qızlar arasında Azərbaycan çempionatının üçüncü mərhələsi altı zona üzrə keçirilir. Zona mərhələsində ilk iki yeri tutan komandalar ölkə çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az