AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beyləqanda bu günədək 1384 arı pətəyi identikləşdirilib

21.12.2018 [13:29]

Beyləqan, 21 dekabr, AZƏRTAC

Nazirlər Kabinetinin təsdiqlədiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na əsasən, Beyləqanda arı ailələrinin identikləşdirilməsi davam edir.
Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, arı ailələrinin identikləşdirilməsi və hər arı ailəsinə görə subsidiyanın verilməsi üçün arıçılıq təsərrüfatları uçota alınır. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan rayon komissiyası məlumatları yerində dəqiqləşdirərək arı ailələrinin mövcudluğunu yoxlayır. Beyləqan rayonu üzrə 91 arıçının saxladığı 2400 pətək qeydiyyata alınıb. Hazırda arı ailəsinin identikləşdirilməsi həyata keçirilir. Arı ailələrinin yoxlanılması və mövcudluğu haqqında rayon komissiyası tərəfindən icmal siyahı, akt və müvafiq sənədlər tərtib edilərək respublika komissiyasına göndərilir. Bu günədək 1384 pətək identikləşdirilib. 13 arıçı saxladığı 360 arı pətəyinin hər birinə görə 10 manat məbləğində subsidiya alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az