AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu ərazilərdə qaz təchizatı dayandırılacaq

22.08.2019 [12:12]

Bakı, 22 avqust, AZƏRTAC

Avqustun 22-si səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Naftalan şəhər mərkəzi və bir neçə kənddə qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, qeyd edilən saatdan etibarən texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi işlərinə start verilib. Həmçinin bu gün səhər saat 09:00-dan Hacıqabul rayonunun 5 kəndində də qaz təchizatı dayandırılıb. “Qaz İxrac” İdarəsi bu müddət ərzində balansında olan kəmərlərdə qaz sızmalarının ləğvi işlərini həyata keçirəcək.
Bundan başqa saat 09:30-dan 17:30-dək qaz sızmalarının ləğvi, orta təzyiqli qaz xəttinin sazlama işləri ilə bağlı İsmayıllı rayonunun mərkəzinin bir hissəsi və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az