AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-ın neft ehtiyatları artıb

17.10.2019 [11:01]

Bakı, 17 oktyabr, AZƏRTAC

Ötən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 10,5 milyon barrel artaraq 432,5 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların çoxalacağı istiqamətində idi. Ehtiyatlar əvvəlki həftə 4,13 milyon barrel artmışdı.
Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az