AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Nəqliyyat Agentliyi bəzi marşrut xətlərini müsabiqəyə çıxarıb

05.12.2019 [12:11]

Bakı, 5 dekabr, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi tərəfindən 11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır. Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az