AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yanvarda 37 min tondan çox meyvə-tərəvəz ixrac olunub

27.02.2020 [12:06]

Bakı, 27 fevral, AZƏRTAC
Yanvarda ölkədən 37,5 min ton meyvə-tərəvəz ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, ixrac edilən meyvə-tərəvəzin dəyəri 42 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin yanvarında 43,4 milyon dollar dəyərində 47,4 min ton meyvə-tərəvəz ixrac edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az