AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada “VAZ 2107” markalı avtomobil yanıb VİDEO

28.05.2020 [12:22]

Quba, 28 may, Elxan Yusifli, AZƏRTAC 

Qubada rayonun İkinci Nügədi kənd sakini Rasim Orucova məxsus “VAZ 2107” markalı avtomobildə yanğın hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, baş verən yanğın hadisəsinə ərazidə xidmət aparan Quba Rayon Polis Şöbəsinin əməkdaşları operativ reaksiya verərək xidməti avtomobillərindəki yanğın söndürmə balonlarından istifadə etməklə yanğının qarşısını vaxtında alıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğın yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az