AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Avtomobil Federasiyası “Üç qitə” tələbini aradan qaldıra bilər

22.06.2020 [16:25]

Bakı, 22 iyun, AZƏRTAC

Beynəlxalq Avtomobil Federasiyası (FIA) öz bayrağı altında keçirilən yürüş seriyalarının dünya çempionatı statusu alması üçün yarışların minimum üç qitədə keçirilməsi tələbini aradan qaldıra bilər.
AZƏRTAC xəbər verir ki, FIA, həmçinin dünya çempionatı statusu üçün tələb olunan minimal yarış sayını da müəyyənləşdirib. Lakin dünyada koronavirus pandemiyasının hökm sürməsi ilə bağlı tələblərə düzəliş edilə bilər. Çünki bir çox yarışlar pandemiyaya görə ləğv olunur və ya təxirə salınır. FIA yürüş seriyalarının dünya çempionatı statusunu saxlamağa çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az