AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzər rayonunda sərnişin avtobusu yanıb

13.08.2020 [10:54]

Bakı, 13 avqust, AZƏRTAC 

Xəzər rayonunda “Karsan” markalı sərnişin avtobusunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində avtobus yararsız vəziyyətə düşüb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az