AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada xüsusi karantin qaydalarını pozan tibb işçisi saxlanılıb VİDEO

06.11.2020 [12:00]

Quba, 6 noyabr, Elxan Yusifli, AZƏRTAC

Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım stansiyasında böyük tibb qardaşı işləyən Bəhramxan Balazadə epidemiya və karantin rejimi qaydalarını pozaraq, xüsusi mühafizə olunan xəstəxanada koronavirus pandemiyasından stasionar müalicə alan qohumunun yeniyetmə övladları ilə görüşməyini təşkil edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yeniyetmələri xüsusi geyim forması olan skafandr, tibbi maska və tibbi eynəklə təmin edən və xüsusi karantin qaydalarını kobud şəkildə pozan tibb işçisinin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb və saxlanılaraq polis şöbəsinə gətirilib.
İlkin dindirilmə zamanı B.Balazadə törətdiyi əməlini səmimi etiraf edərək, peşman olduğunu bildirib.
Hazırda faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az