AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Səbail" Rauf Əliyevə yeni müqavilə təklif edəcək

16.05.2021 [16:49]

Bakı, 16 may, AZƏRTAC

Rauf Əliyev "Səbail"də qalmağa razıdır.
AZƏRTAC xəbər verir ki, Bayıl təmsilçisi 32 yaşlı hücumçuya yeni müqavilə təklif etməyə hazırlaşır.
Başqa klubların maraq dairəsində olmayan R.Əliyevin "Səbail"in təklifini qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, təcrübəli futbolçu 2020-ci ildən “Səbail”in şərəfini qoruyur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az