AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 63,4 milyon dollar olub

01.06.2021 [15:42]

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, hərracda tələb 63,4 milyon ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az