AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

On səkkiz yaşadək yeniyetmə şahmatçılar rapid üzrə turnirdə iştirak edəcəklər

22.06.2021 [18:49]

Bakı, 22 iyun, AZƏRTAC

On səkkiz yaşadək yeniyetmə şahmatçılar rapid üzrə seçmə turnirdə iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, yarış iyulun 11-14-də keçiriləcək. Turnirdə ilk üç yeri tutan şahmatçılar 2021-ci ilin avqustunda keçiriləcək onlayn dünya çempionatında iştirak etmək hüququ əldə edəcəklər.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyası tərəfindən keçirilən yarış İsveçrə sistemi üzrə baş tutacaq.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az