AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanla Türkiyə KOB-larının əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub

16.07.2021 [15:51]

Bakı, 16 iyul, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyәnin Azərbaycandakı səfiri Cahit Bağcı arasında görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə təşəbbüslərin reallaşdırılmasına, KOB-ların iştirakı ilə layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az