AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gədəbəydə aparılan qazıntı zamanı qədim maddi-mədəniyyət abidələri aşkar edilmişdir

12.09.2012 [10:20]

Gədəbəy, 12 sentyabr (AzərTAc). Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri Gədəbəyin Cəfərli kəndi ərazisində arxeoloji qazıntılar apararkən bir sıra qədim maddi-mədəniyyət abidələri aşkar etmişlər.
Ekspedisiyanın rəhbəri, tarix elmləri üzrə fəlsəfə doktoru Tükəzban Göyüşova AzərTAc-a bildirmişdir ki, qazıntı zamanı son tunc-erkən dəmir dövrünə aid Ləşkər qala adlı ərazidə yüzlərlə maddi-mədəniyyət nümunələri üzə çıxarılmışdır. Tapıntılar arasında məişət qabları, gildən hazırlanmış möhür, toxuculuq və dulusçuluq alətləri və digər əşyalar çoxluq təşkil edir. Arxeoloji qazıntılar zamanı ərazidə möhkəmləndirilmiş divarlara malik yaşayış-keşikçi məntəqələri də aşkar edilmişdir ki, bu da tariximizin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az