AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

® “OBA”nın “Şanslı qonşu” lotereyasının qalibləri bəlli olub – SİYAHI

16.02.2022 [10:30]

Hər zaman müştərilərini müxtəlif kampaniyalarla sevindirən “OBA” marketlər şəbəkəsinin keçirdiyi “Şanslı qonşu” tirajlı stimullaşdırıcı lotereyasının qalibləri bəlli olub.

Fevralın 12-də “Xəzər” televiziyasının canlı efirində baş tutan qaliblərin seçimində “OBA”nın 50 şanslı qonşusu bir-birindən dəyərli müxtəlif hədiyyələrin sahibi olub.
Lotereyanın şəffaflıqla keçirilməsinə 5 nəfərdən ibarət tiraj komissiyasının üzvləri nəzarət edib.
Lotereyanın qaliblərinin seçilməsi zamanı bütün uduş fondu üzrə bir lotereya nömrəsi yalnız bir dəfə qalib ola bilib. Lotereya nömrəsinin ikinci dəfə lototrondan təsadüfi seçilməsi zamanı uduşu nəzərə alınmayaraq, növbəti təsadüfi seçim həyata keçirilib.
Qeyd edək ki, qaliblərin məlumatlarının qəbulu müddəti uduş fondunun oynanıldığı tarixdən etibarən 7 iş günündən gec olmayaraq başlanılır və 90 iş günü ərzində davam edir.
Xatırladaq ki, lotereyanın iştirak qaydalarına əsasən 18 yaşına çatmış hər kəs “OBA Market” mobil tətbiqini yükləyərək iştirakını təsdiqləyə bilib. Müştərilər hər 10 AZN-lik alış-verişdə 1 şans qazanaraq lotereyaya qoşulub möhtəşəm hədiyyələrin sahibi olmaq imkanı əldə ediblər.
Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1000-dən çox marketi və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!
Elimizin hər yanı, “OBA”mızın ünvanı!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az