AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

TRACECA-nın Azərbaycan hissəsində 7 milyon ton yük daşınıb

18.04.2022 [16:58]

Bakı, 18 aprel, AZƏRTAC

Yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 7 milyon ton, yük dövriyyəsi isə 1 milyard 654,4 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 3 milyon 974,3 min tonu və ya 56,2 faizi avtomobil nəqliyyatı, 2 milyon 288,2 min tonu və ya 32,3 faizi dəmir yolu nəqliyyatı, 811,8 min tonu və ya 11,5 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 23,3 faizini və ya 1 milyon 649,1 min tonunu tranzit yüklər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az