AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kürdəmirdə evdən oğurluq edən şəxs saxlanılıb VİDEO

05.05.2022 [10:16]

Kürdəmir, 5 may, AZƏRTAC

Kürdəmirdə evdən məişət əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupuna istinadən xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq edən şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini Azər Əliyev olduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, evə qanunsuz daxil olduğunu, oradan müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurladığını bildirib. A.Əliyev tərəfindən oğurlanan əşya və avadanlıqların yeri müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.
Faktla əlaqədar Kürdəmir RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az