AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Netflix” “Qara güzgü” serialının yeni mövsümünün çəkilişlərinə start verib

17.05.2022 [12:51]

Bakı, 17 may, AZƏRTAC

“Netflix” “Qara güzgü” serialının yeni mövsümü üzərində işləməyə başlayıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, xronometrajı bir saatdan çox olan serialın altıncı mövsümünün epizodları üç bölümdən artıq olacaq.
Bu barədə “Variety” jurnalında məlumat verilib.
“Qara güzgü” serialının altıncı mövsümünün daha çox bədii film üslubuna yaxın olması nəzərdə tutulub. Hər bölüm bədii film kimi çəkiləcək. Bununla belə, məşhur serialın yeni bölümlərinin nümayiş vaxtı və eləcə də süjet xəttinin təfərrüatları hələ açıqlamayıb. Hazırda serial üçün kastinqlər aparılır.
Serialda əsas rollarda Endryu Skott, Entoni Makki, Yahya Abdul-Matin, Tofer Qreys və Mayli Sayrus çəkiliblər. Beşinci mövsümün premyerası üç il əvvəl - 2019-cu ilin iyununda keçirilib.
Qeyd edək ki, “Qara güzgü” serialının ilk bölümünün çəkilişlərinə 2011-ci ildə başlanılıb. Film bəşəriyyətin artıq mövcud olan və ya gələcəkdə istehsal olunacaq müxtəlif mobil elektron avadanlıqlar, eləcə də texnoloji yeniliklərlə qarşılıqlı əlaqəsindən bəhs edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az