AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kanadanın Hamilton şəhərində Azərbaycan bayrağı ucaldılıb VİDEO

30.05.2022 [07:35]

Vaşinqton, 30 may, AZƏRTAC
Azərbaycan Respublikasının müstəqilliyinin 104-cü ildönümü münasibətilə mayın 28-də Kanadanın Hamilton şəhərinin icra hakimiyyəti binasının üzərində Azərbaycan bayrağı qaldırılıb və Dövlət Himni səsləndirilib.
Hamilton şəhərinin meri Fred Ayzenberqer Kanadada yaşayan Azərbaycan icması üzvlərini Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib.
Hamiltonda yaşayan azərbaycanlılar 28 May – Müstəqillik Gününün və Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin tarixindəki rolu, Azərbaycanın bugünkü reallıqları, Vətən müharibəsində ölkəmizin Qələbəsi barədə məlumat veriblər. Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik dövlət olduğunu və qadınlara bir sıra Qərb ölkələrindən əvvəl səsvermə hüququ verdiyini bildiriblər.
Tədbir daha sonra bədii hissə ilə davam edib və Azərbaycan musiqiləri səsləndirilib.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az