AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Basketbol Liqasında ilk turun oyunları yekunlaşıb

16.10.2022 [06:50]

Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında ilk turun oyunları yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması “AAAF Xırdalan BK”-“Neftçi İK” komandaları arasında keçirilib. Bu oyunda 77-80 hesabı ilə “Neftçi İK” komandası qalib gəlib. Görüşün ən məhsuldar oyunçuları “AAAF Xırdalan BK”da Devin Pullum - 27 xal, “Neftçi İK”da isə Mohsen Moradxani - 21 xal seçiliblər.
İkinci qarşılaşma “Gəncə BK”-“Olimpik Şəki BK” komandaları arasında baş tutub. Gəncə basketbolçuları 85-69 hesabı ilə rəqibinə qalib gəliblər.
Ən məhsuldar oyunçular:
“Gəncə BK” - Abdulay Bundu ( 20 xal )
“Olimpik Şəki BK” - Delvin Haf ( 26 xal )
Günün son oyunu “Sabah BK”-“Zirvə Astara BK” komandaları arasında baş tutdu. Bu oyunda “Sabah BK” 69-61 hesabı ilə qalib gəldi.
Ən məhsuldar oyunçular
“Sabah BK” - Udun Osakue 23 xal
“Zirvə Astara BK” - Zo Tyson 15 xal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az