AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları yeni videoçarx hazırlayıb

22.11.2022 [12:37]

Bakı, 22 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının metodika-biblioqrafiya şöbəsinin əməkdaşları tərəfindən yeni videoçarx hazırlanıb.
Baş idarədən AZƏRTAC-a bildirilib ki, yeni videoçarxda Stiven Kinqin "Üzləşmə", Meri Şellinin “Frankenşteyn”, Edqar Ponun "Qara pişik" romanları və başqa tanınmış əsərlər haqqında məlumat verilib.
Qeyd edək ki, hazırlanmış videoçarxla qurumun sosial şəbəkə səhifələrindən tanış olmaq olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az