AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahmatçımız Şəhriyar Məmmədyarov “Tata Steel Chess India Rapid 2022” turnirində mübarizə aparacaq

29.11.2022 [13:25]

Bakı, 29 noyabr, AZƏRTAC

Bu gün Hindistanın Kəlküttə şəhərində “Tata Steel Chess India Rapid 2022” şahmat superturniri start götürür.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək. Hər gün 3 tur keçiriləcək. Bu gün Ş.Məmmədyarov hindistanlı şahmatçılar Dommaraju Qukeş, Sethuraman Panayappan Sethuraman, ABŞ şahmatçısı Uesli So ilə görüşəcək.
Turnir dekabrın 12-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az