AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nurit Qringer: Sübut etmək istəyirəm ki, ABŞ-ın Azərbaycana ehtiyacı var VİDEO

17.12.2022 [14:02]

Bakı, 17 dekabr, AZƏRTAC

Yaratdığım mərkəz Azərbaycan mədəniyyətini ABŞ əhalisinə çatdırmaq məqsədi daşıyır. ABŞ-da əsl Azərbaycanı göstərmək istəyirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringer söyləyib.
"ABŞ-da erməni lobbisinin rolunu bilirik. Biz bu ölkə haqqında həqiqəti söyləmək istəyirik. Həmçinin sübut etmək istəyirəm ki, ABŞ-ın Azərbaycana ehtiyacı var", - deyə N.Qringer qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az