AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dendrologiya İnstitutunda Beynəlxalq Qadınlar Günü qeyd olunub

07.03.2023 [15:53]

Bakı, 7 mart, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Dendrologiya İnstitutunun baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova bu əlamətdar günün tarixindən, qadınların cəmiyyət həyatında oynadığı roldan, tutduğu yüksək mövqedən bəhs edib. O qeyd edib ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqın adını uca tutub.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva çıxışında ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adının, ana adının ölkəmizdə həmişə uca tutulduğunu, Azərbaycan qadınının bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərdiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az