AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqtisadiyyat nazirinin müavini Xaçmazda vətəndaşları qəbul edib

28.04.2023 [17:55]

Bakı, 28 aprel, AZƏRTAC

Vətəndaşların sahibkarlıq fəaliyyətinə güzəştli kreditlərin verilməsi, vergi inzibatçılığı, əmlak məsələləri, istehsal və emal müəssisələrinin genişləndirilməsi və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Xaçmaz şəhərində Quba, Qusar və Xaçmaz rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyətinə güzəştli kreditlərin verilməsi, vergi inzibatçılığı, əmlak məsələləri, istehsal və emal müəssisələrinin genişləndirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az