AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb - FƏRMAN

07.11.2023 [11:43]

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında fərmanlar imzalayıb.
AZƏRTAC xəbər verir ki, fərmanlara əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.
Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az