AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

QASTROL BAŞA ÇATDI

31.07.2003 [13:05]

İrəvan Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev AzərTAc-ın müxbirinə bildirmişdir ki, kollektivin Qax, Zaqatala, Balakən rayonlarına qastrol səfəri uğurla başa çatmışdır. Truppa teatrsevərlərə Hidayətin “Durnalar qayıdanda” tamaşasını göstərmişdir. Əməkdar artist Vaqif Əsədovun quruluş verdiyi tamaşada əsas rolları xalq artisti Arif Quliyev, əməkdar artistlər Elmira İsmayılova, Bürcəli Əsgərov, Vidadi Əliyev, Süleyman Nəcəfov oynamışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az