AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

SUMQAYITDA BUXAR-QAZ QURĞUSUNUN TİKİNTİSİNDƏ MƏSLƏHƏTÇİ ŞİRKƏT MÜƏYYƏNLƏŞDİRİLDİ

05.03.2004 [22:20]

Finlandiyanın ENPRİMA şirkəti “Azərenerji” Səhmdar Cəmiyyətinin Sumqayıtda 400-500 meqavatlıq buxar-qaz qurğusunun (BQQ) tikintişinin birinci mərhələsinin gedişində məsləhət xidmətləri göstərilməsinə dair keçirdiyi müsabiqənin qalibi elan edilmişdir.

“Azərenerji”nin mətbuat xidmətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, Qərbi Avropanın aparıcı şirkətlərinin təkliflərinin müzakirəsi zamanı 27 ekspertdən ibarət komissiya ENPRİMA-nın təklifini bəyənmişdir. Bu şirkətin məsləhət xidmətləri 349 min avro dəyərində qiymətləndirilir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az