AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMERİKA PREZİDENTİ FRANSAYA SƏFƏR EDƏCƏKDİR

26.03.2004 [11:20]

İkinci Dünya müharibəsində 1944-cü il iyunun 6-da ikinci cəbhənin açılması və müttəfiq ölkələrin Fransanın Normandiya sahillərinə desant çıxarmalarının 60-cı ildönümü təntənəli şəkildə qeyd olunacaqdır. Fransa Prezidenti Jak Şirak Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buşu ildönümlə bağlı tədbirlərə qatılmağa dəvət etmişdir.

Bu dəvəti qəbul edən ABŞ Prezidenti fransız həmkarı ilə müəyyən məsələlər barədə fikir mübadiləsi aparmaq üçün iyunun 5-də Fransaya səfərə gələcəyini bildirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az