AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

BİLƏSUVARDA PAMBIQ ƏKİNLƏRİNİN BİRİNCİ BECƏRİLMƏSİ BAŞA ÇATDIRILMIŞDIR

03.06.2004 [13:35]

Biləsuvarın torpaq sahibkarları 6000 hektar pambıq sahəsinin birinci becərməsini başa çatdırmışlar.

AzərTAc-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda keçən ilkinə nisbətən 1500 hektardan çox sahəyə çiyid səpilmişdir. Normal bitiş alınmış sahələrdə cərgəaralarına iki dəfə kultivasiya çəkilmiş, aqrotexniki normalar üzrə seyrəltmə işi aparılmaqla, hər hektarda 95-100 min sağlam bitki saxlanılmış, 100 hektar sahədə isə təkrar əkin keçirilmişdir. “Biləsuvar Pambıq” Açıq Səhmdar Cəmiyyətinin 18 traktoru müəssisənin sahibkarlarla bağladığı müqavilələrə uyğun olaraq, becərmə işlərinə cəlb olunmuşdur. Məqsəd cari ildə tarlaların hər hektarının məhsuldarlığını azı 25 sentnerə çatdırılmasına nail olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az