AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

MDB ÖLKƏLƏRİNİN MƏDƏNİYYƏT NAZİRLƏRİ MOSKVADA GÖRÜŞMÜŞLƏR

27.01.2006 [16:55]

AzərTAc Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Moskvada MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının XX iclası keçirilmişdir. Tədbirdə şura üzvləri, mədəniyyət xadimləri, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, Həmkarlar İttifaqları Konfederasiyasının və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak etmişlər.

Şuranın sədri, Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu postsovet məkanı xalqlarının mədəniyyətlərarası dialoq sahəsində tarixi təcrübəsinin, müasir şəraitdə idarəçilik, maliyyələşmə və texnoloji təminatla bağlı müasir mədəniyyət siyasətinin tətbiqinin əhəmiyyətindən danışmışdır.

İclasda MDB dövlətlərinin mədəniyyət sahəsində 2010-cu ilədək nəzərdə tutulan əsas Tədbirlər Proqramı, MDB Parlament Assambleyasının “MDB dövlətlərinin mədəni əməkdaşlığı haqqında” qətnaməsi və bir sıra digər məsələlər müzakirə olunaraq, müvafiq qərar qəbul edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az