AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

ATƏT-İN BAKI OFİSİ PREZİDENT İLHAM ƏLİYEVİNSƏRƏNCAMINI ALQIŞLAYIR

09.02.2006 [21:04]

AzərTAc xəbər verir ki, ATƏT-in Bakı ofisi Azərbaycan Prezidenti İlham Əliyevin “Qəzetlərin “Azərbaycan” nəşriyyatına 2001-ci il dekabrın 31-dək olan borclarının ödənilməsi haqqında” Sərəncamını yüksək qiymətləndirmişdir.

Ofisin rəhbəri, səfir Mauritsio Pavezinin bununla bağlı yayılmış bəyanatında müxalifət qəzetləri də daxil olmaqla, qəzetlərin “Azərbaycan” nəşriyyatına borcunun dövlət büdcəsi hesabına ödənilməsini müstəqil mətbuatın inkişafına dövlət qayğısının yeni təzahürü kimi səciyyələndirmişdir.

M.Pavezi mətbuatın iqtisadi müstəqilliyinin demokratiyanın əsil göstəricisi olduğunu vurğulamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az