AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çexiyada restoranda baş vermiş partlayış nəticəsində altı nəfər ölüb

12.01.2025 [13:10]

Bakı, 12 yanvar, AZƏRTAC

Çexiyanın şimal-qərbindəki Most şəhərində restoranda propan-butan balonunun partlaması nəticəsində altı nəfər ölüb, səkkiz nəfər isə xəsarət alıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, partlayışla bağlı Çexiyanın yanğın-xilasetmə xidməti açıqlama yayıb. Bildirilib ki, restorandan və yaxınlıqdakı binalardan 30 nəfər təxliyə edilib.
Çex Radiosu partlayış zamanı restoranda 20-yə yaxın qonağın olduğunu qeyd edib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az