AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

BANM MBA mərkəzi Azərbaycan dilində də tədrisə başlayır

08.04.2025 [11:18]

Bakı, 8 aprel, AZƏRTAC

2025/2026-cı tədris ilindən etibarən Bakı Ali Neft Məktəbinin (BANM) MBA mərkəzi ingilis dili ilə yanaşı, Azərbaycan dilində də tədrisə başlayır.
BANM-dən AZƏRTAC-a bildirilib ki, MBA üzrə təhsil almaq istəyən bütün tələbələr məlumat sessiyasına dəvət olunur.
Məlumat sessiyası aprelin 26-da ali məktəbin Ağ şəhər korpusunda keçiriləcək və iştirakçıları maraqlandıran bütün suallar cavablandırılacaq.

İştirak etmək istəyənlər aprelin 17-dək mütləq şəkildə link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az