AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polşada prezident seçkilərində Karol Navrotski qalib gəlib – YENİLƏNİB

02.06.2025 [07:12]

Bakı, 2 iyun, AZƏRTAC

Dövlət Seçki Komissiyasının məlumatına görə, Polşada prezident seçkilərində Hüquq və Ədalət Partiyasının namizədi Karol Navrotski qalib gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə TVP kanalı bülletenlərin 99,8 faizi sayıldıqdan sonra bildirib. Hesablamaya əsasən Navrotski seçicilərin 50,9 faizinin səsini toplayıb. Onun rəqibi Rafal Tşaskovski seçicilərin 49,1 faizinin etimadını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az