AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Bu gün çox xoşbəxtəm, yurd həsrəti sona çatdı VİDEO

28.07.2025 [16:33]

Xocalı, 28 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Köçkünlük illərində doğulub boya-başa çatdığım yurdumun həsrətini çəkir, bu yerlər üçün çox darıxırdım. Kəndimin cığırlarını, yollarını, ağaclarını, bulaqlarını düşünürdüm. Bu gün çox xoşbəxtəm, yurd həsrəti sona çatdı.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xocalının Ballıca kəndinə köç edən Şahmar Həsənov deyib.
“Otuz iki ildən sonra yurdumuza sevinə-sevinə qayıdırıq. Sevincimizin həddi-hüdudu yoxdur. Bu hissləri bizə yaşadan Prezidentimizə minnətdarlığımı bildirir, Allahdan şəhidlərimizə rəhmət, qazilərə cansağlığı diləyirəm”, - deyə o qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az