AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

XƏTAİ RAYONUNDA ÖTƏN İL 60 MİN 668 SAYĞAC QURAŞDIRILMIŞDIR

18.02.2007 [10:47]

Xətai Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, əhalini qazla fasiləsiz təchiz etmək məqsədilə ötən il rayon üzrə 3 min 457 poqon metr müxtəlif diametrli qaz xətti çəkilmişdir.
Rayon ərazisində 60 min 668 qaz sayğacı quraşdırılmışdır ki, bu da sayğaclaşdırmanın 91 faizini təşkil etmişdir. Keçən il qazın dəyərinin ödənişi də çoxalmışdır.
Bu rayonda məskunlaşmış məcburi köçkünlərin sosial-məişət qayğıları da öyrənilmiş və problemlərin aradan qaldırılması üçün operativ tədbirlər görülmüşdür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az