AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

MARTDA ƏN ÇOX ƏMTƏƏLİK SOBA MAZUTU EMAL EDİLMİŞDİR

09.04.2007 [10:46]

Dövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, martda respublikamızda 656,56 min ton neft emal edilmişdir. Bunun 436,88 min tonu Heydər Əliyev adına Bakı neft emalı zavodunda, 219,68 min tonu isə “Azneftyağ” neft emalı zavodunda emal olunmuşdur.
Emal edilmiş neft məhsulunun əsas hissəsini benzin, ağ neft, dizel yanacağı, neft bitumu, sürtkü yağları, mühərrik yanacağı və s. təşkil etmişdir. Ən çox əmtəəlik soba mazutu istehsal olunmuşdur (233,06 min ton).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az