AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“GÜNƏŞLİ” YATAĞINDA YENİ QAZ QUYULARI İSTİSMARA VERİLMİŞDİR

16.04.2007 [12:24]

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AzərTAc-a bildirmişlər ki, ötən il qəbul edilmiş “Qaz proqramı”nda 2008-ci ilədək Xəzərdəki “Günəşli” yatağında qaz hasilatını iki dəfə artırmaq nəzərdə tutulmuşdur.
“28 May” Neft və Qaz Çıxarma İdarəsinin, “Azneft” İstehsalat Birliyinin və ARDNŞ geoloqlarının apardıqları araşdırmalar nəticəsində yataqdakı neft quyusunu qaz horizontuna keçirmək qərara alınmışdır. Ötən bir neçə ayda yataqda qazılmış 3 yüksək hasilatlı quyu, eləcə də 13 mövcud quyunun hamısı 200-400 min kubmetr hasilatla istismara verilmişdir ki, bunun da nəticəsində “Günəşli”də gündəlik çıxarılan qazın həcmi 4,2 milyon kubmetr artmışdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az