Afina, 26 sentyabr, AZƏRTAC
Afinada Avropa Xəbər Agentlikləri Alyansının (EANA) növbəti Baş Assambleyası keçirilib.
Tədbirdə üzv agentliklərin rəhbərləri və nümayəndələri iştirak ediblər. Alyansın üzvü olan AZƏRTAC-ı İdarə Heyətinin sədri Vüqar Əliyev təmsil edib.
Baş Assambleyada gizli səsvermə yolu ilə Alyansın yeni prezidenti ANSA agentliyinin rəhbəri Stefano de Alessandri seçilib. Həmçinin İdarə Heyətinin yeni üzvü Yunanıstanın ANA-MPA agentliyinin baş direktoru Amilios Perdikaris olub.
Eyni zamanda, agentliklərin yekdil qərarı ilə Latviyanın LETA xəbər agentliyi EANA-ya üzv qəbul olunub.
Tədbirdə Norveçin NTB xəbər agentliyi yeni texnoloji layihəsinə görə "Maksim Minçev" Mükəmməllik Mükafatına layiq görülüb.
Baş Assambleyada müxtəlif profilli komitələrin hesabatları dinlənilib.