AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Qəzzaya səfər edib

12.10.2025 [04:34]

Bakı, 12 oktyabr, AZƏRTAC

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bəyan edib ki, o, ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperlə birlikdə İsrailin atəşkəs razılaşmasına əməl etdiyini yoxlamaq məqsədilə oktyabrın 11-də Qəzza zolağına səfər edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Uitkoff sosial şəbəkə platforması X-də paylaşım edib.
“Sazişə əməl olunduğunu yerində yoxlamaq üçün bu gün Qəzza zolağına səfər etdik. Bizə təhlükəsizlik, humanitar və münaqişələrin qarşısının alınması səyləri barədə ətraflı hesabatlar təqdim olundu”, – deyə Prezidentin xüsusi nümayəndəsi bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az