AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti: Son iyirmi ildə iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub

22.04.2026 [21:03]

Bakı, 22 aprel, AZƏRTAC

Son iyirmi il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı – 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır.
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı səsləndirib.
“Beləliklə, investisiya üçün əlverişli mühitin yaradılması qarşımızda duran hədəflərdən biri idi və buna böyük mənada nail olunub”, - deyə dövlətimizin başçısı bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az