AzərTAc xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Gədəbəy rayonunun Daryurd kəndində nekropol aşkar etmişlər.
Ekspedisiyanın rəhbəri Tükəzban Göyüşova bildirmişdir ki, rayona səfərdən məqsəd bölgənin arxeoloji abidələri ilə tanış olmaq, onların vəziyyətini öyrənmək idi.