Bakı, 10 iyun, AZƏRTAC
Cari ildə ABŞ-də xam neft hasilatının gündəlik orta hesabla 13,72 milyon barel olacağı proqnozlaşdırılır. Əvvəlki proqnoz 13,65 milyon barel idi.
AZƏRTAC ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, gələn il Birləşmiş Ştatların neft istehsalının gündə orta hesabla 14,15 milyon barel olacağı gözlənilir.
Əvvəlki proqnoz isə 14,1 milyon barel idi.